İbn Sinanın möcüzəvi resepti

ibn-sinanin-mocuzevi-resepti
Oxunma sayı: 5356

Orta əsrlərdə yaşamış təbib İbn Sinanın məşhur reseptlərindən bəziləri dövrümüzə kimi gəlib çıxıb.

“Qafqazinfo” Medicina.az-a istinadən onlardan “möcüzəvi resept” adını almış birinin hazırlanma qaydasını təqdim edir:

Tələb olunan ərzaqlar:

- 250 qr quru əncir

- 1 litr zeytun yağı

Əvvəlcə əncirləri yuyun, süzün və quşbaşı doğrayın. Daha sonra onları  zeytun yağı əlavə olunmuş bankanın içinə tökün və ağzını bağlayın. Bu qabı 5 gün boyunca qaranlıq bir yerdə saxlayın. Daha sonra səhər və axşam olmaqla gündə iki dəfə yeyin.

Bu qarışıq bütün nəfəs yolları, astma, ağciyər xəstəliklərini aradan qaldırmağa kömək edəcək.

Quru əncirli zeytun yağı qarışımının əsas faydası xərçəng xəstəliyinə qarşı mübarizə aparmasıdır. Bu qarışımdan mütəmadi olaraq istifadə edərək, orqanizminizi xərçəngdən qoruya bilərsiniz.

Qeyd edək ki, orta əsrlər dövrünün ən böyük təbiblərindən olan İbn Sina 16 yaşından tiblə məşğul olmağa başlayıb. O, az yaşlarından bu sahə ilə maraqlanmağa başlasa da, yeni müalicə metodları ilə tez bir zamanda məşhurlaşıb.

İbn Sina tibb təhsilini əvvəl Kuşyar adlı bir həkimin yanında alıb. Bundan əlavə o, Buxarada atasının və dövrünün ən məşhur alimlərinin tələbəsi olub.

19 yaşında həkim adı alan İbn Sina xəstələri pulsuz olaraq müalicə etməyə başlayıb.