İbrahim Şehiç milliyə çağırıldı

ibrahim-sehic-milliye-cagirildi
Oxunma sayı: 642

Bosniya və Hersoqovina milli komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Yunanıstanla keçirəcəyi oyun üçün  heyəti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Mehmed Bajdareviç 27 futbolçuya dəvət göndərib. Onların arasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də var.
 
Qeyd edək ki, Bosniya və Hersoqovina - Yunanıstan qarşılaşması iyunun 9-da baş tutacaq.