İbrahim Şehiçə ağır cəza

ibrahim-sehice-agir-ceza
Oxunma sayı: 2111

“Qarabağ” klubunun qapıçısı İbrahim Şehiçin cəzası müəyyənləşib. “Qafqazinfo” xəbəri verir ki, Topaz Premyer Liqasının 12-ci  turunun “Qarabağ” – “Sumqayıt” matçında rəqibini vurduğuna görə qırmızı vərəqə alan oyunçunun cəzası ağır olub.

Belə ki, Şehiç qarşıdakı 3 çempionat oyununda “Qarabağ”a kömək edə bilməyəcək. Həmçinin qonaqların da 5 futbolçusu sarı vərəqə aldığına görə "kimyaçılar" 800 manat cərimələnib.

Bundan başqa, “Kəpəz” – “Səbail” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığları üçün adıçəkilənlər  800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Dedimar Ferreir aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.