İbrahim Üzülməz Bakıda

ibrahim-uzulmez-bakida
Oxunma sayı: 639

Qol.Az-ın məlumatına görə, veteran futbolçu AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirak edəcək.

Xatırladaq ki, sentyabrın 9-dan 22-nə qədər federasiyada B kateqoriyalı məşqçi kursları keçiriləcək. Üzülməz də məşqçiliyə başladığından, məhz bu kurslara ölkəmizdə qatılmaq qərarına gəlib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü “Beşiktaş”dan kənarlaşdırıldıqdan sonra futbolla vidalaşıb. Onun “qara qartallar”ın heyətindən çıxarılmasına isə paltardəyişmə otağında İbrahim Toromanla dalaşmağı səbəb olub.