İbrahimbəyovdan qalmaqallı müsahibəsi ilə bağlı - Açıqlama

ibrahimbeyovdan-qalmaqalli-musahibesi-ile-bagli-aciqlama
Oxunma sayı: 645

“Qafqazinfo” həmin cavabı təqdim edir:

“Artıq uzun illərdir ki, mənim Qarabağ münaqişəsinə münasibətim dəyişməzdir. Hesab edirəm ki,
- Ermənistanın Azərbaycanın dövlət sərhədləri daxilində ərazini işğal etməsi beynəlxalq birliyin qəti mühakiməsini tələb edən, ölkə vətəndaşlarının haqlı qəzəbinə və hiddətinə səbəb olan cinayətdir;
- hər bir azərbaycanlının borcu işğal olunmuş torpaqların qaytarılması üçün əlindən gələni etməkdir;

- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə gətirib çıxaran əsl səbəblər olduqca mürəkkəb və çox dərindir və onların açıq müzakirəsi məsələnin dinc yolla həllinə xidmət edərdi;

- torpaqların azad edilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin fəaliyyəti kifayət qədər effektiv deyil, onun həyata keçirdiyi daxili siyasət isə bu problemin həlinə xidmət etmir;

- odur ki, vətəndaş diplomatiyası, yəni, Azərbaycan və Ermənistan vətəndaşları arasında geniş əlaqələr Qarabağ probleminin daha effektiv həllinə nail olmaqdan ötrü iki xalqın səylərini birləşdirərdi, nəinki 20 il ərzində heç bir nəticə verməyən düşmənçilik siyasəti.

Mən dəfələrlə bəyan etmişəm ki, erməni xalqı Ermənistan rəhbərliyi, onun millətçi dairələri tərəfindən başlanmış da müharibənin qurbanıdır.

Əminəm ki, 20-21-ci əsrlərdə ərazi münaqişələrinin həllinə istənilən cəhdlər kimi Ermənistanın təcavüzkar hərəkətləri bəşəriyyətə qarşı cinayətdir, çünki bizim dövrümüzdə istənilən hərbi münaqişə nəticəsi öncədən bilinməyən fəlakətdir”.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov müsahibəsində “erməni xalqı bizə düşmən deyil, onlar da azərbaycanlılar kimi baş verən faciənin qurbanlarıdır. Azərbaycan Dağlıq Qarabağı geri qaytarmaq istəyir. Lakin bu təkcə ərazi deyil, əksəriyyəti ermənilərdən ibarət olan əhalidir. Biz hesab edirik ki, Dağlıq qarabağda yaşayan və yaşamış bütün insanlar Azərbaycan vətəndaşlarıdır”deyib.