İbrahimoviç ABŞ-da ilk qırmızı vərəqəsini aldı - Video

ibrahimovic-abs-da-ilk-qirmizi-vereqesini-aldi
Oxunma sayı: 1942

Zlatan İbrahimoviç “Los-Anceles Qalaksi”də ilk qırmızı vərəqəsini alıb.

“Qafqazinfo” xəbər verir ki, o, “Montreal İmpakt”la matçın gedişində ayağını tapdalayan futbolçunun başından vurub.

Hakim ilk anda bunu görməsə də, VAR-ın (Video assistant referee) köməkliyi ilə qərar verib. Nəticədə İbrahimoviç meydandan qovulub.

Qeyd edək ki, “Los-Anceles Qalaksi” 10 nəfərlə qalsa da, 1:0 hesabı ilə qalib gəlib.