İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü

ibrahimovic-cempionlar-liqasinin-tarixine-dusdu
Oxunma sayı: 2451

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç adını Çempionlar Liqasının tarixinə yazdırıb.

“Qafqazinfo” xəbər verir ki, qoleador “qırmızı şeytanlar”ın heyətində ÇL-də ilk oyununu “Bazel”lə matçda keçirib.

Oyuna 74-cü dəqiqədə daxil olan 36 yaşlı forvard 7 müxtəlif klubun heyətində çıxış edən ilk futbolçu olub.

İbrahimoviç bundan əvvəl “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ ilə Çempionlar Liqasında iştirak edib.

Matçda isə “Bazel” 1:0 hesabı ilə qalib gəlib.