İbrahimoviç “Milan”a dönür

ibrahimovic-milana-donur
Oxunma sayı: 1714

“Milan” rəhbərliyi ABŞ-ın “Los-Anceles Qelaksi” klubunda çıxış edən Zlatan İbrahimoviçlə danışıqları davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, klub rəsmiləri futbolçunun agenti Mino Rayola ilə görüş keçirirərək 4 saat danışıq aparıblar. Müzakirənin əsas mövzusu isveçli forvardın İtaliya təmsilçisinin düşərgəsinə qayıtması olub.

"Milan"ın İbrahimoviçə 6 ay + 6 ay şərti ilə müqavilə təklif etdiyi deyilir. Oyunçu isə öz növbəsində 18 aylıq sözləşmə istəyib. Onun ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatacaq. 

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illər aralığında "Milan"da çıxış edib.