İbrahimoviç qadın jurnalisti söydü və…

ibrahimovic-qadin-jurnalisti-soydu-ve
Oxunma sayı: 634

“Qafqazinfo”nun verdiyi xəbərə görə, isveçli forvard qadın jurnalisti söyüb. Belə ki, UEFA Çempionlar Liqasının 1/8 final görüşündə “Arsenal”a 0:3 hesabı ilə məğlub olduqdan sonra müsahibə verən futbolçu kənarda dayanıb ona baxan müxbir Vera Spadinini təhqir edib. Hadisəyə hətta klub rəsmisi Adriano Qalliani də müdaxilə edib.
Lakin bir neçə gün sonra etdiyi əməldən peşman olan 30 yaşlı İbra səhvini düzəltmək üçün orijinal jest edib. Ucaboylu futbolçu Vera Spadiniyə 19 narıncı qızılgül göndərib. 19 sayının İbrahimoviçin bu mövsüm A Seriyasında vurduğu qolların sayı ilə bağlı olduğu bildirilir. Spadininin buna necə reaksiya verəcəyi maraq doğurur.

Ceyhun Əhmədov