İçəri şəhərdə festival keçiriləcək

iceri-seherde-festival-kecirilecek
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, festival İçəri şəhərdə kiçik karvansaray binasında yerləşən “İncəsənət Bağı”nda baş tutacaq. Festivalın əsas məqsədi müasir Azərbaycan dekorativ-tədbiqi sənətinin qorunması, inkişafı və təbliğı, Azərbaycanın ənənəvi xalq sənətlərinin təbliğində gənc yaradıcılıq potensialının fəal iştrakıdır.

İlk dəfə olaraq tələbə və müəllim heyətinin birgə iştirakı ilə keçirilən festival 4 gün davam edəcək və festival zamanı keramika, batika və qobelen sənətində müxtəlif üslubda işləyən rəssamların əsərləri sərgilənəcək, master klasslar keçiriləcək.

Layihənin müəllifi sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru Əsmər Abdullayeva bildirib ki, layihənin gələcəkdə genişlənməsi nəzərdə tutulur. Gurcüstan, Türkiyə, Rusiya, Özbəkistan rəssamları ilə birgə beynəlxalq dekorativ-tətbiqi sənətlər festivalını keçirmək təşkilatçıların yaxın gələcək planlarına daxildir. Azərbaycanın qədim sənət növlərini yeni müasir rakursdan ictimayyətə tanıtmaq festivalın əsas məqsədlərindən biridir.

Açılış zamanı qonaqlara müxtəlif interaktivlər, performanslar, xalq musiqisi və caz ülsubunda musiqi nömrələri təqdim olunacaq.

Tədbirin təşkilatçıları və sponsorları Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Art Council, Doculand, “Noble” və “Çudo-Peçka” mağazalar şəbəkəsidir.

Nigar Məmmədli