“İçəridəki yaxşı qardaşlara pul lazımdır" deyənə 9 il cəza

icerideki-yaxsi-qardaslara-pul-lazimdir-deyene-9-il-ceza
Oxunma sayı: 2443

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü kriminal aləmin adamı kimi təqdim edib insanları hədələyərək telefon və pullarını alan gənclər - 1996-cı il təvəllüdlü Yusif Nəbiyev və 1992-ci il təvəllüdlü Murad Həsənova hökm oxunub.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə Y.Nəbiyev 9 il, M.Həsənov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən prosesdə zərərçəkmişlərdən biri, Kamran Şirinov deyib ki, “Sahil” metrosunun yaxınlığında Y.Nəbiyev onun telefonunu alıb: “Yusif məni saxlayıb dedi ki, “Tarqovı” mənim ərazimdi, nə problemin olsa, qardaş kimi həll edərəm”. Sonra da əlimdəki telefonu baxmaq üçün aldı və “içəridəki yaxşı qardaşlara pul çatmalıdır, telefonu girov qoyub pul götürəcəyəm, 1 həftəyə sənə qaytaracağam” dedi. Sonra da məni hədələməyə başladı”. 

Qeyd edək ki, Yusif Nəbiyevin atası Mehman Nəbiyev adam öldürdüyü üçün məhkumluq həyatı yaşayır.

Murad Əhməd