“İçərişəhər” Nazirlər Kabinetinin tabeliyindən çıxarıldı

iceriseher-nazirler-kabinetinin-tabeliyinden-cixarildi
Oxunma sayı: 3456

Baş nazir Artur Rasi-zadə  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanın icrası ilə bağlı bəzi qərarlarına dəyişiklik edib.
 
"Qafqazinfo" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, dəyişiklikdə bildirilir:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 588, № 10, maddə 934; 2014, № 7, maddə 912; 2016, № 4, maddə 789, № 7, maddə 1361) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-3-cü hissələrdən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

1.2. həmin qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus
qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin 2 Siyahısı”nın və 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan abidələrin, qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın adlarından “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.