İçərişəhərdə reklam yerləşdirilməsi qaydası müəyyənləşdi

iceriseherde-reklam-yerlesdirilmesi-qaydasi-mueyyenlesdi
Oxunma sayı: 1002

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”nin 16-cı hissəsi aşağıdakı redaksiyada verilir:

“16. İdarə Qoruğun ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, ölçülərindən asılı olmayaraq, reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlarda konstruktiv dəyişikliklər edilməsinə, onların istismarına və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamın yerləşdirilməsinə icazə verir”.