İçərişəhərdə üzüm yığacaqlar

iceriseherde-uzum-yigacaqlar
Oxunma sayı: 634

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildiriblər ki, bu festivalın hər il mütəmadi olaraq payız mövsümündə keçirilməsi planlaşdırılıb.
Festivalın məqsədi əsrlər boyu üzümçülüyü ilə şöhrət qazanmış Azərbaycanın bu ənənələrini bir daha canlandırmaq, üzümçülüyü təbliğ etmək və bu sahəyə diqqətin artırılmasına nail olmaqdır.
Sağlamlıq, uzunömürlülük və firavanlıq rəmzi olan üzümün yığımına həsr olunmuş festival ərzində maraqlı müsabiqələrə tamaşa etmək, müxtəlif üzüm sortlarının və bu meyvədən hazırlanan məhsulların dadına baxmaq mümkün olacaqdır.
Festivalda bir neçə komanda arasında üzüm sıxma, üzüm çəlləklərinin diyirləndirilməsi, gözləri bağlı şəkildə bu meyvənin dadına baxmaqla onun sortunun müəyyən edilməsi və s. maraqlı müsabiqələr keçiriləcəkdir.
Festival zamanı məşhur müğənnilərin iştirakı ilə qala-konsert keçiriləcək. Konsertdə ötən illərdə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etmiş Aysel Teymurzadə, Səfurə Əlizadə, müxtəlif illərdə Litvanın, Rumıniyanın, Moldovanın “Eurovision” müsabiqələrində təmsilçiləri olmuş Saşa Son, Paula və Ovi dueti, “Zdub şi Zdub” qrupu rəngarəng proqram təqdim edəcəklər.