İçəriyə narkotik keçirən ədliyyə işçisi həbs edildi

iceriye-narkotik-keciren-edliyye-iscisi-hebs-edildi
Oxunma sayı: 649

Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 9-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 2009-cu ildən qulluq edən ədliyyə çavuşu Həsənov Ağasif Vidadi oğlunun üzərinə və əlindəki sellofan paketə baxış keçirilən zaman qida məhsullarının altında gizlədilmiş göy rəngli xüsusi bükülünün içərisindən narkotik maddələr - xalis çəkisi 10,555 qram olan tiryək, xalis çəkisi 0,624 qram olan heroin və xalis çəkisi 23,8 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Eyni zamanda A.V.Həsənovun əlindəki sellofan paketdəki xüsusi bükülüdən 100 ədəd çəhrayı rəngli dərman həbləri, 9 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd “Blutooth” cihazı, 5 ədəd "Cin", 8 ədəd “Sim”, 1 ədəd “Nar” danışıq kartları, 7 ədəd mobil telefon adaptoru, 4 ədəd mobil telefon qulaqcığı, 4 ədəd mobil telefon adaptorunun başlıq hissəsi, 2 ədəd mobil telefon batareyası, 2 ədəd “Fitron” və “Omax” markalı qol saatları və 1 ədəd gümüşü rəngli qolbaq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.