“İçim od tutub yanır” - İsveçin çalışdırıcısı almanlara əsəbiləşdi

icim-od-tutub-yanir
Oxunma sayı: 4566

İsveç millisinin baş məqşçisi Yanne Anderson Almaniyaya 1:2 uduzduqları oyunu şərh edib. “Qafqazinfo” xəbər verir ki, çalışdırıcı almanların son dəqiqədə vurulan qol zaman sevinc hisslərini qeyd etmək tərzlərinə əsəbiləşdiyini bildirib:

“Almanlar düz bizim gözümüzün önündə sevinməyə başladılar. Bizim ehtiyat skamyada hər kəs əsəbiləşmişdi. Mən çox qəzəbli idim. Əgər oyun bitibsə, sən əl sıxıb getməlisən. Özünü belə aparmaq olmaz.

Hazırda taktika haqqında danışmaq istəmirəm. İçim od tutub yanır. Heç kimi günahlandırmaq istəmirəm. Amma Berqə qarşı epizodda penalti təyin edilə bilərdi. Almanlar çox qol epizodu yaratmadılar. Hazırda analiz etmək mənim üçün çox çətindir. Bu mənim karyeramda ən pis oyun sonluğudur.

Qolu çox gec vurdular. Biz artıq çox yorulmuşduq. Əla imkan qazanmaq anında topu itirdik. Cərimə sırf əla individual bacarıq hesabına qazanıldı. Mən özüm penalti epizodunu görmədim. Amma mənlə birgə skamyada əyləşənlər penalti olduqunu dedilər. Mən onlara güvənirəm. Hakim heç yoxlamadı”.