İçində səhvlər olan Quran nüsxələri tapıldı

icinde-sehvler-olan-quran-nusxeleri-tapildi-
Oxunma sayı: 1462


“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, “Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları məscidlərdən içində xətalar və yolundan sapmış bəzi təriqətlərə aid səhv təfsirlər olan müqəddəs Quran nüsxələrini çıxarıblar.

İslam işləri, vəqflər, çağırış və irşad naziri Şeyx Saleh əş-Şeyx bildirib ki, çıxarılan Quran nüsxələri müsəlman dünyasının başqa ölkələrində çap olunub və “xeyirxahlar” tərəfindən Məkkədə yayılıb.

Onun sözlərinə görə, bir neçə belə kitab Məscid əl-Haramda aşkar edilib. Bəzi nüsxələr kənar nəşriyyatlarda, digər ərəb və müsəlman ölkələrində çap edilib. Bu nüsxələrdin bəziləri keyfiyyətsiz nəşr olunub və kommersiya yolu ilə Məkkəyə gətirilib.