İçində uşaq olan beşik yandı

İçində uşaq olan beşik yandı
Oxunma sayı: 1065

Ağstafa rayonunda yanğın olub.

Qafqazinfo” xəbər verir ki, hadisə yanvarın 10-da saat 12 radələrində rayonun Aşağı Göyçəli kəndində qeydə alınıb.

Orada yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın başlayıb. Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb.

Xəsarət almış uşaq xəstəxanaya yerləşdirilib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi