İçkili olan səfir əlbəyaxa davada

ickili-olan-sefir-elbeyaxa-davada
Oxunma sayı: 2553


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, avqustun 22-dən 23-nə keçən gecə diplomatik nömrəsi olan Özbəkistan səfirinə məxsus “Toyota Prado”  avtomobil “VAZ-2106” ilə toqquşub. Daha sonra “Toyoto”dakı özbək diplomatlar maşından düşərək digər avtomobilin sürücüsünü döyməyə başlayıblar. Şahidlərin sözlərinə görə, diplomatlar sərxoş olublar və qırğız sürücünün ünvaına təhqirlər səsləndiriblər. Hadisə yerinə yol-patrul xidmətinin əməkdaşları gəlib. Səfirdən başqa qaydanı pozanlar arasında bu ölkənin Qırğızıstandakı konsulunun olduğu açıqlanıb.

Məsələ ilə bağlı Qırğızıstan XİN-i Özbəkistan tərəfinə nota göndərib.