İcra başçılarının müavinləri imtahandan azad edildi

icra-bascilarinin-muavinleri-imtahandan-azad-edildi
Oxunma sayı: 6209

Baş nazir Artur Rasizadə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

“Qafqazinfo” xəbər verir ki, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”na əlavənin cədvəlində aşağıdakı dəyişikliklər edilib.

1. “AA2” sətrindən “yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;” sözləri çıxarılsın. 

2. “AB2” sətrindən “yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini” sözləri çıxarılsın. 

3. “AC2” sətrindən “şöbə müdiri;” sözləri çıxarılsın. 

4. “AC3” sətrindən “şöbə müdirinin müavini;” sözləri çıxarılsın. 

5. “AC4” sətrindən “yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;” sözləri çıxarılsın.