İcra başçısı ağsaqqallarla görüşdü

icra-bascisi-agsaqqallarla-gorusdu
Oxunma sayı: 1072

Görüşdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev respublikada və rayonda 2012-ci il ərzində görülən işlər barədə görüş iştirakçılarını məlumatlandırıb.
İcra başçısı digər sahələrdə də baş verən əsaslı dəyişikliklər barədə də görüş iştirakçılarına ətraflı məlumat veib.

L. Babayev 2013-cü ildə görüləcək işlər və Dövlət başçısının müvafiq sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına hazırda aparılan işlər barədə də ətraflı məlumat verib.

Veteranların və ağsaqqalların nümayəndələri çıxış edərək bütövlükdə 2012-ci ildə rayonda aparılan tikinti-abadlıq işlərindən, insanları narahat edən sosial problemlərin uğurla həll edilməsindən danışıb, rayonun kəndlərinə qaz xəttinin çəkilişini, şəhərdə su və kanalizasiya xəttinin tikintisini, kənd yollarının və şəhərdaxili yolların asfaltlanmasını, küçələrə yeni elektrik dirəklərinin quraşdırılmasını, kommunal binaların dam örtüyünün təzələnməsini, məktəb tikintilərini, yeni qəsəbənin salınmasını xüsusi vurğulayıb. Rayonda keçən il veteranlar evinin istifadəyə verilməsini onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirib.

“Görüşdə Azərbaycan dövlətçiliyinə zərbə vurmaq istəyən müxalifət meylli bir qrup insanların qeyri-qanuni hərəkətləri qətiyyətlə pislənilmişdir. Veteranlar və ağsaqqallar bir daha şəhid vermək, çörək növbəsinə dayanmaq istəmədiklərini, sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini bildirmişlər. Həmçinin çıxış edən ziyalı ağsaqqallar erməni dəyirmanına su tökən Əkrəm Əylislinin Azərbaycana ləkə olduğunu, onun və digər onun kimilərin gündən-günə çiçəklənən doğma vətənimizdə yaşamağa mənəvi haqları olmadıqlarını vurğulamışlar.

Veteranlar 2013-cü ildə Heydər Əliyevin 90 illik yubiley tədbirlərində və bu il ölkəmizdə keçiriləcək növbəti Prezident seçkilərində fəal iştirak edəcəklərini bəyan etmişlər.

Görüşə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev dəyərli fikir və təkliflərə görə ağsaqqallara minnətdarlıq etmiş, onların arzu və təkliflərinin nəzərə alınacağını bildirmişdir”.

Veteranlar çıxışlarında görülməsi vacib olan məsələləri də diqqətə çatdırıblar.