İcra başçısı barama ilə bağlı iclas keçirdi

icra-bascisi-barama-ile-bagli-iclas-kecirdi
Oxunma sayı: 639

Horadiz şəhərində Muğam Mərkəzində Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlərə həsr olunan iclas keçirilib.

Füzuli İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və qabaqcıl kümçülər iştirak edib. 

İcra başçısı Alı Alıyev yığıncaqda çıxış edərək, ölkə başçısının göstərişi ilə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulili məcburi köçkünlər tərəfindən böyük sevinclə qarşılandığını qeyd edib. A.Alıyev bildirib ki, 2016-cı ildə ipəkçilərimiz 3 tondan artıq barama istehsal edib, satdıqları məhsulun pulunu gecikmədən alıblar. Cari ildə isə rayonda 207 kümçü tərəfindən qısa müddətdə çox keyfiyyətli 25 tona yaxın yaş barama istehsal olunub, bu da əvvəlki illə müqayisədə 8 dəfə çox barama istehsalı deməkdir. İstehsal olunan məhsulun pulu kümçülərə plastik kartlar vasitəsilə ödənilib. İki aydan az müddətdə barama istehsalına görə rayona 220 min manata yaxın vəsait daxil olub. Həmçinin əhalinin məşğulluğu təmin edilib, 1200 nəfərdən artıq insan mövsümü işə cəlb edilib. Füzuli rayonu barama istehsalına görə respublikada ikinci nəticə göstərib. 

Alı Alıyev qeyd edib ki, növbəti ildə rayonda barama istehsalının artırılması üçün tədbirlər görülməsinə başlanılıb.