İcra başçısı barama saxlayanlarla görüşdü

icra-bascisi-barama-saxlayanlarla-gorusdu
Oxunma sayı: 661

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Qazaxlar, Əhmədalılar, Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərində ipəkqurdu saxlayan kümçülərlə görüşüb.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, A. Alıyev ipəkqurdu saxlayan kümçülərə bildirib ki, keyfiyyətli barama əldə etmək üçün tut yarpağının bol olması ən vacib şərtlərdən biridir. Çünkü ipəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.

Qeyd olunub ki, may ayının əvvəlində 730 qutu, 13870 qr barama toxumu rayona gətirilərək 300-ə yaxın kümçüyə paylanılb.  Rayonda barama saxlayan təcrübəli kümçülər tərəfindən ipəkqurdlarına lazımı aqrotexniki qulluq göstərilir. Hazırda ipəkqurdular məhsul istehsalının sonuncu mərhələsindədirlər. Yaxın günlərdə ipəkqurdular barama sarımağa başlayacaqlar. 

Hazırda yaş baramanın 1 kq-nın 9 manat olmasını nəzərə alsaq istehsal olunacaq 30 tondan artıq baramdan rayon sakinləri qısa müddət ərzində 300 min manatdan arıq vəsait əldə edəcəklər. Təkcə baramaçılıqla bu il 1200-1500 nəfər məşğul olacaq ki, bu da əlavə iş yerləri,  əlavə qazanc və yaxşı güzəran deməkdir.