İcra başçısı Bayraq gününü cəbhə bölgəsində qeyd etdi

İcra başçısı Bayraq gününü cəbhə bölgəsində qeyd etdi
Oxunma sayı: 1515

Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti  9 noyabr – Bayraq günü münasibəti ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gedib.

"Qafqazinfo" xəbər verir ki, qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərdə olmuş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırıblar. Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra  şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayaraq bildirib ki, ökə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. 

Hərbi hissə komandanlığı adından çıxış edən korpus komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Babək Səmidli şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Dövlət Bayrağı günü münasibəti ilə keçirilən tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.

Bayram tədbirində hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazılıb, marş sədaları altında 100 metr uzunlugunda Azərbaycan Bayragının keçidi təşkil olunub.

Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıblar. 

Sonra rmüğənnilər -  Yusif Mustafayev və Əlikram Bayramovun iştirakı ilə hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunub, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanıb.

Nəsimi rayon məktəblilərinin Azərbaycan əsgərinə böyük məhəbbətlə yazdıqları məktublar hərbi hissədə xidmət edən əsgərlərə çatdırılıb, məktublar  əsgərlərə xoş təəssürat bağışlayıb.

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi