İcra başçısı daha bir saytı məhkəməyə verdi

icra-bascisi-daha-bir-sayti-mehkemeye-verdi
Oxunma sayı: 637

Müraciətində V.Hacıyev bildirir ki, yayılan məlumat onun işgüzar nüfuzuna xələl gətirməklə bərabər, eyni zamanda rəhbərlik etdiyi İmişli rayon İcra Hakimiyyətinin kollektivində, rayon ictimaiyyətində və tabeçiliyində olduğu Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbər və digər əməkdaşlarının arasında ona qarşı inamsızlıq, etimadsızlıq halları və digər neqativ münasibətlərin formalaşmasına səbəb ola bilər.

Vilyam Hacıyev məhkəməyə ünvanladığı iddia ərizəsində şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirən yalan məlumatların təkzib edilməsi və vurulmuş ziyana görə Vətəninfo.az xəbər portalından 100 min manat tələb edir.

Məhkəməni udacağı təqdirdə həmin vəsaiti Bakıda yerləşən uşaq evlərinin birinə bağışlayacağını qeyd edib.

Bununla bağlı Vətəninfo.az xəbər portalının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı bildirib ki, məhkəməyə verilmələri ilə bağlı bu gün məlumat əldə edib.“Səhər saatlarında İmişli rayon İcra Hakimiyyətindən mənə zəng edildi. Zəng edən RİH-nin nümayəndəsi bizi məhkəməyə verdiklərini vurğuladı. Artıq məhkəmə tərəfindən müvafiq sənədləri əldə etmişik. Mayın 29-da Səbail rayon məhkəməsində prosesə baxılacaq. Artıq saytımızın vəkili ilə bu istiqamətdə məslətləşmələr aparmaqla bərabər, qeyd olunan məlumatın doğruluğunu sübut edəcək faktlar da əldə edilib”.