İcra başçısı hərbi hissədə - - Fotolar

icra-bascisi-herbi-hissede-
Oxunma sayı: 1765



“Qafqazinfo” xəbər verir ki, Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti, rayondakı ali məktəblərinin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri ilə yanaşı Bakı Oksford məktəbində təhsil alan şagirdlər, Daxili Qoşunların şəxsi heyəti iştirak ediblər.

Əvvəlcə hərbi hissənin sıra meydanında şəxsi heyət və gənclərin düzülüşü təşkil olunub. Sonra tələbə və şagirdlər, müəllimlər Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Daxili Qoşunlar Qərargahının şöbə rəisi polkovnik Mətləb Qənbərovun iştirakı ilə hərbi hissədə yaradılan Azərbaycan Daxili Qoşunlarının Döyüş Muzeyində qoşunların yaranması, döyüş yolunu əks etdirən eksponatlarla tanış olub, əsgər yataqxanasına tibb məntəqəsinə, idman şəhərciyinə, xidmət otaqlarına, xidmət itlərinin saxlanıldığı kinoloji mərkəzə, xidməti at tövlələrinə baxıblar. Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnikalar, onların döyüşdə tətbiqi barədə brifinq keçirilib.

Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Daxili Qoşunların «N» saylı hərbi hissəinin komandir əvəzi, polkovnik-leytenant Alim İsmayılov da iştirak edib.