İcra başçısı hesabat verdi

icra-bascisi-hesabat-verdi
Oxunma sayı: 1746

Biləsuvar rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclasda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun iş adamları, ağsaqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

İcra hakimiyyətinin başçısı Mahir Quliyev  2017-cı ilin doqquz ayında rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, ötən illə müqayisədə bu il rayonda  pambıq əkin sahəsi 2 dəfə,  taxıl və digər sahələr isə 1.5 dəfə genişləndirilmiş, çəltik, soya, qarğıdalı kimi bitkilərin əkininə nail olunub. Pambıqçılıq ənənələrinə malik olan Biləsuvar rayonunda ötən 2016-cı ildə 6040 hektar sahədə pambıq əkilib və  12062 ton məhsul toplanıb. Bu il isə əkin sahələri 2 dəfə artırılaraq  11351 hektara çatdırılıb və hesabat gününədək sahələrdən 10 min tona yaxın məhsul toplanıb.

Hesabat iclasında Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, “MKT Biləsuvar” filialının icraçı direktoru Qulamhüseyn Əliyev və 45 saylı Yol İstismar MMC-nin baş mühasibi Qulam Sadıxov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat veriblər və qarşıda duran vəzifələr  müzakirə olunub.