İcra başçısı hesabat verdi

icra-bascisi-hesabat-verdi
Oxunma sayı: 652

“Qafqazinfo”nun məlumatına görə, Xəzər rayonunda 2012-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədirliyi ilə 11 iyul 2012-ci il tarixində Nazirlər Kabinetinin 2011-cu ilin 6 ayında sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında ölkə başçısı qeyd etmişdir ki, ötən dövrdə Azərbaycanda iqtisadi artımı uğurlu olub. İqtisadiyyatın qeyri neft sektoru, qeyri neft sənayesi və əhalinin pul gəlirləri artmışdır. İşsizliyin səviyyəsi azalmış, yoxsulluğun səviyyəsi 10 faizdən aşağı olub. İnflyasiya bir rəqəmli səviyyədə qalıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial- iqtisadi inkişafı surətlə davam etdirilir. Ötən dövrdə yenidənqurma işləri Xəzər rayonunda da uğurla davam etdirilmişdir.
Hesabat dövrü ərzində rayon ərazisində tikinti və quruculuq işləri davam etdirilib, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparııb və yenidən qurulub, su və kanalizasiya sistemləri yeniləşdirilib , yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib”.