İcra başçısı Həştərxana gedib

icra-bascisi-hesterxana-gedib
Oxunma sayı: 1092



“Qafqazinfo”ya daxil olan xəbərə görə, sentyabrın 9-da Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev Həştərxan vilayəti hökumətinin sədri, vilayətin vitse-qubernatoru Konstantin Markelov və Həştərxan şəhərinin merinin vəzifələrini icra edən İrina Yeqorova ilə görüşüb.

Həştərxan vilayətinin sədri Konstantin Markelovla görüş zamanı ölkələr arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və gələcəkdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, NRİH-i Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda Heydər Əliyev adını daşıyan park saldırıb, abidə ucaldıb. Həmçinin 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurularaq Heydər Əliyevin adı verilib.