İcra başçısı Həştərxanın qubernatoru ilə görüşdü

icra-bascisi-hesterxanin-qubernatoru-ile-gorusdu
Oxunma sayı: 815


“Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Rusiyanın Həştərxan vilayəti və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, artıq həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Rəsmi görüşdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, xalqlarımız arasında tarixi dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlərin görüldüyünü qeyd edib. 

Jilkin xüsusilə vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu gün Prezident İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb. Qubernator həmçinin dövlət başçısının təşəbbüsü ilə Həştərxan vilayətində görülmüş genişmiqyaslı işlərdən də danışıb. Qeyd edib ki, Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib.