İcra başçısı iki müavini işdən çıxardı - Yeni təyinatlar

icra-bascisi-iki-muavini-isden-cixardi
Oxunma sayı: 9348

Cəlilabad rayonu İcra Hakimiyyətinin yeni başçısı Namiq Zeynalov kadr dəyişikliyi edib.

“Qafqazinfo”nun Modern.az-a istinadən məlumatına görə, icra başçısı iki müavinini işdən çıxarıb. Belə ki, Vidadi Dövlətov başçının birinci müavini postundan, Ziyafət Şahmarov isə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad edilib.

N.  Zeynalov dünən həmin vəzifələrə öz kadrlarının təyinatını da gerçəkləşdirib. 

Başçının birinci müavini vəzifəsinə Mansur Məmmədov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postuna Alıcı Dilavərov gətirilib.

Kadr dəyişikliyini Cəlilabad rayonu İcra Hakimiyyətindən təsdiqləyiblər.

Xatırladaq ki, Namiq Zeynalov ölkə başçısının 6 fevral 2018-ci il tarixli sərəncamı ilə Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.