İcra başçısı ilin yekunlarını müzakirə etdi

icra-bascisi-ilin-yekunlarini-muzakire-etdi
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, bu hesabat məruzəsi ilə Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Anar Həsənli çıxış edib. Onun sözlərinə görə, qəsəbədə hazırda 2200 nəfər əhali yaşayır, burada həmçinin 365 nəfər məcburi köçkün məskunlaşıb. 2012-ci il ərzində qəsəbədəki Məktəb və Namiq Quliyev küçələrinə, Salyan şossesindən Badamdar qəsəbəsi istiqamətində uzanan yola, «Şahinbağ» yaşayış sahəsinə 10200 kv. metr yeni asfalt qatı salınıb, qəsəbə daxilində 4000 kv. metr sahədə fərdi yaşayış evlərinin hasarları və digər tikililərin divarları rənglənib, Səlyan şossesi boyunca yola 500 maşından çox torpaq qatı tökülərək, burada 750 kv. metr sahəyə qazon otu səpilmiş və dekorativ ağaclar əkilib.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.