İcra başçısı “Kür” Qərargahının koordinatoru ilə görüşdü

icra-bascisi-kur-qerargahinin-koordinatoru-ile-gorusdu
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, Kür- Araz daşqınlarının təsirinə məruz qalmış vətəndaşların 07 yanvar 2012- ci ildə Sabirabadda keçirilməsi nəzərdə tutulan görüşün baş tutmasına yerli hakimiyyət orqanlarının imkan verməməsindən sonra “Kür” Qərargahı Prezident Adminstrasiyasına və Sabirabad RİH başçısına rəsmi müraciət etmişdi.
İcra Hakimiyyətinin başçısı N. İsmayılovun təşəbbüsü ilə keçirilən görüşdə 2010- cu ilin yazında baş vermiş daşqınların nəticələri, görülən işlər və mövcud problemlər müzakirə olunub. Görüşdə Sabirabad rayonunun daşqınlar nəticəsində ən ciddi ziyan dəyən rayon olduğunu bildirən İcra Hakimiyyətinin başçısı ötən müddət ərzində dövlət başçısının tapşırıqları əsasında hökümət komissiyası ilə birlikdə rayonda görülən işlərdən danışıb. O, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının daşqınların ilk günlərindən bölgədə fəaliyyət göstərdiyindən məlumatlı olduğunu, Qərargahın fəaliyyətini izlədiklərini və təqdir etdiklərini bildirib.
Görüşdə təmsil etdiyi qurumun yaranma zərurəti, gördüyü işlər və fəaliyyəti barədə danışan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev həqiqətən Sabirabad rayonunun 2010- cu ilin yazında baş verən daşqınların ən çox təsirinə məruz qalan rayon olduğunu bildirərək bu istiqamətdə görülən işlərdən və mövcud problemlərdən danışıb. Fəlakətin nəticələrinin aradan qaldırılmasında bir başa görəv sahibi olan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq etdiklərini bildirən Qərargahın koordinatoru daşqınların təsirinə məruz qalan sakinlərdən son bir neçə ayda 500- dən artıq şikayət məktubu aldıqlarını qeyd edərək bütün problemlərin dövlət qurumları ilə dialoq və əməkdaşlıq müstəvisində həllinə önəm verdiklərini söyləyib.
Görüşdə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının daşqınlardan ziyan çəkmiş sakinlərlə Sabirabadda nəzərdə tutulan görüşünün fevral ayının əvvəllərində keçirilməsi bardə ümumi razılıq əldə olunub.