İcra başçısı Liman şəhərində görüş keçirib

icra-bascisi-liman-seherinde-gorus-kecirib
Oxunma sayı: 840

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Liman şəhərində keçirib. Tədbirdə ŞİH aparatının məsul işçiləri,  rayonun hüquq mühafizə orqanlarının və aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən İcra başçısı Taleh Qaraşov Liman şəhərində mərkəzi küçələrin asfaltlandığını, səkilərin bərpa olunduğunu, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatının tam təmin edildiyini, çoxmərtəbəli binaların dam örtüklərinin dəyişdirildiyini diqqətə çatdırıb. T.Qaraşov çıxışı zamanı yaxın vaxtlarda Liman şəhəri ərazisində Sənaye Məhəlləsinin tikilərək istifadəyə veriləcəyini, bununla yerli əhalinin məşğulluğu üçün yeni imkanların yaranacağını bildirib.

Görüşü yekunlaşdıran İcra başçısı sakinlər tərəfindən səslənən təklif və mülahizələrlə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.