İcra başçısı məktəbliləri yola saldı

icra-bascisi-mekteblileri-yola-saldi
Oxunma sayı: 1155

“Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan məktəblilərin Naxçıvan şəhərinə  yola salınması mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Naxçıvana gedəcək qrupa rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçiliblər. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb. Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tədbiyə edilməsi olan tur-aksiyanın təsdiq olunmuş proqramına əsasən Səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini  ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar. Həmçinin şagirdlərin asudə vaxtlarının təşkili də nəzərə alınıb.

Məktəblilərlə görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinın başçısı Eldar Əzizov şagirdlərə turun məqsədi barədə məlumat verib. Qeyd edib ki, tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük  qrupu gəlir.