İcra başçısı Məşədilər kənd sakinləri ilə görüşüb

icra-bascisi-mesediler-kend-sakinleri-ile-gorusub
Oxunma sayı: 1500

Mayın 8-də Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu rayonun Məşədilər kəndində keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

İcra başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlardan danışıb, Cəlilabad rayonunda aparılan abadlıq və quruculuq işləri haqqında vətəndaşlara məlumat verib.

Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib. Vətəndaşlar Məşədilər kəndinin qazlaşdırılmasını, Məlikqasımlı kənd tam orta məktəbinin yenidən inşa edilməsini, əlillik dərəcəsinin təyin edilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi və həyətyani torpaq sahələrinin sənədləşdirilməsi haqqında müraciət ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlər isə qanunvericiliyə uyğun operativ həlli üçün qeydiyyata götürülərək əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.