İcra başçısı müşavirə keçirdi

icra-bascisi-musavire-kecirdi
Oxunma sayı: 659

Füzuli rayonu Horadiz şəhərində Muğam Mərkəzində rayonda kənd təsərrüfatının inkişafı, torpaqlardan səmərəli istifadə olunmasına həsr olunan müşavirə keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, müşavirədə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilatların nümayəndələri, icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri iştirak edib.

Müşavirədə çıxı edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinə riayət olunması, torpaqlardan səmərəli və məqsədyönlü istifadə edilməsi barədə məlumat verib. Bildirib ki, rayonda hələdə bəzi torpaq icarədarları torpaqlardan təyinatına və müvafiq icarə müqaviləsinin şərtlərinə uyğun istifadə etmirlər. “Bəzi fiziki və hüquqi şəxslər torpaq qanunvericiliyinin və müvafiq icarə müqavilələrinin tələblərinə riayət etməyərək müvəqqəti icarələrinə verilmiş torpaq sahələrini ikinci, hətda üçüncü şəxslərə qanunsuz olaraq icarəyə verməklə torpaqları alver predmetinə çevirirlər. Biz bu cür hallara qarşı ciddi mübarizə aparmalıyıq”.

Alı Alıyev torpaqlardan səmərəli və məqsədyönlüü istifadə olunması, bu sahədə mövcud olan qanunsuzluqların araşdırılması üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müşavirədə aidiyyəti orqanlara qaz, su, işıq və digər kommunal ödənişlərin vaxtında yığılması, bununla bağlı əhali arasında müvafiq maarifləndirmə izahat işlərinin aparılması tapşırılıb.