İcra başçısı od çərşənbəsində

İcra başçısı od çərşənbəsində
Oxunma sayı: 1736

Lənkəran şəhərinin Dəmiryol vağzalı qarşısında od çərşənbəsinin qarşılanması mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tonqal ətrafında keçirilən məraasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə tonqal qalanıb, yerli incəsənət ustalarının ifasında maraqlı konsert proqramı səsləndirilib. Şənlikdə Novruz personajları-Bahar qızın təbrik sözləri, Kosa və Keçəlin məzəli  oyunları tamaşaçılara təqdim olunub. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi