İcra başçısı problemləri dinlədi

icra-bascisi-problemleri-dinledi
Oxunma sayı: 2000

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qəbulda RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri  üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Abdin Fərzəliyev çıxış edərək yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.

Sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Müraciətlər əsasən məhəllədaxili yolların təmiri, liftlərin dəyişdirilməsi və ya əsaslı təmir olunması,  mənzil şəraitinin yaxşılaşdırılması, işlə təminat və sosial yönümlü məsələlərlə bağlı olub.

Qaldırılan məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib.