İcra başçısı qadınlara hədiyyələr verdi - Fotolar

İcra başçısı qadınlara hədiyyələr verdi
Oxunma sayı: 1628

8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq iştirakçıları bayram münasibəti ilə təbrik edib. O, mərhum Heydər Əliyevin qadınlarımız barədə “…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm” sözlərini bir daha xatırladıb.

Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Bayram tədbiri 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi Kolleçinin tələbələrinin və Tural Salmanovun konsert proqramı ilə başa çatmışdır.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi