İcra başçısı qadınlara qiymətli hədiyyələr verdi - Fotolar

İcra başçısı qadınlara qiymətli hədiyyələr verdi
Oxunma sayı: 1710

Martın 7-də Lənkəran şəhərinin “Dörd fəsil” turizm və istirahət mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar bayramı münasibətilə şənlik keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçən şənlikdə İcra başçısı Taleh Qaraşov çıxış edərək qadınların ictimai-siyasi həyatda fəal mövqe tutduqlarını, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə qadınların ölkənin inkişafında rolunun daha da artdığını, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ibrətamiz fəaliyyətinin buna ən gözəl nümunə olduğunu diqqətə çatdırmaqla rayon qadınlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Sonra İcra başçısı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarını və qiymətli hədiyyələr təqdim edib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi