İcra başçısı qəsəbədə görüş keçirdi

İcra başçısı qəsəbədə görüş keçirdi
Oxunma sayı: 994

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun Gərmətük qəsəbəsində sakinlərlə görüş keçirib.  

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının,  xidmət sahələrinin, əlaqədar təşkilatların rəhbərlərinin, kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri iştirak edib. İcra başçısı ölkə başçısının ardıcıl sərəncamları hesabına Lənkəran şəhərinin, bütövlükdə rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndiyini qeyd edib.

Qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən bəzi yerli əhəmiyyətli məsələrlə bağlı fikir və mülahizələrini də diqqətə çatdırıblar. İcra başçısı çıxışlarda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi