İcra başçısı sahibkarlarla görüşüb

İcra başçısı sahibkarlarla görüşüb
Oxunma sayı: 1244

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində rayon sahibkarları ilə görüşüb.  

“Qafqazinfo” xəbər verir ki, görüşdə çıxış edən İcra başçısı prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin bəhrələrindən danışıb. Natiq qeyd edib ki, ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar hesabına sahibkarlıq fəaliyyəti geniş vüsət alıb, saysız-hesabsız sahibkarlıq subyektləri yaradılıb, istehsal müəssisələri tikilib istifadəyə verilib, yeni iş yerləri açılıb. Onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq edib, nəticədə ümumi məhsul buraxılışında özəl bölmənin payı son illərdə dəfələrlə artıb.

Dövlət tərəfindən tətbiq olunan güzəştlərin,  kənd əməkçilərinə verilən kredit və subsidiyaların  torpağın becərilməsinə marağı artırdığını, bu sahəyə investisiya qoyuluşunun  çoxaldığını bildirən icra başçısı prezidentin kənd təsərrüfatının ayrı-ayrı sahələri, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı imzaladığı sərəmcamların, təsdiq etdiyi Dövlət Proqramlarının rayonda aqrar sahədə sahibkarlığın inkişafına güclü təkan olacağını vurğulayıb.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi