İcra başçısı sakinlərin qarşısına çıxdı

icra-bascisi-sakinlerin-qarsisina-cixdi
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, Səbail rayon İcra Hakimiyyəti başçısı Mətbuat prospekti 2 ünvanda 4 ədəd çoxmərtəbəli binanın əhatə etdiyi həyətdəki yenicə tikilmiş xeyir-şər yerində sakinlərlə görüşüb. İcra başçısı Asif Əsgərov son zamanlar Səbail rayonunda həyata keçirilən abadlıq quruculuq işlər barədə məlumat verib. Görüşdə Səbail rayonunda həyata keçirilən «Abad həyət» layihəsinin davam etdiriləcəyi, sakinlərin sosial problemlərinin həlli istiqamətində əlavə tədbirlərin nəzərdə tutulduğu barədə məlumat verilib, həyətdəki xeyir-şər yerinə RİH tərəfindən 2 ədəd kondisioner hədiyyə olunub.

Fatimə Kərimli