İcra başçısı sakinlərlə görüşdü - Fotolar

İcra başçısı sakinlərlə görüşdü
Oxunma sayı: 1652

Martın 12-də Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun M.X.Şərifli küçəsi 96, 98, 94b, 94v ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 

Səyyar qəbulda vətəndaşlar məhəllədaxili küçələrin, binaların girişlərinin işıqlandırılması, məhəllədaxili yolların asfaltlanması, binaların dam örtüklərinin təmir olunması, məhəllələrdəki ağacların suvarılması məqsədilə su kranlarının bərpası, maddi köməklik göstərilməsi və digər sosial məsələlərlə bağlı Arif Qasımova müraciət ediblər.

Vətəndaşlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində icra başçısı tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi