İcra başçısı “Şəhidlər”in abidəsini ziyarət etdi

icra-bascisi-sehidlerin-abidesini-ziyaret-etdi
Oxunma sayı: 1009


“Qafqazinfo” ya daxil olan məlumata görə, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov şanlı Qələbəyə neft Bakısının verdiyi töhfənin əvəzsiz olduğunu, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizinin Azərbaycanın payına düşdüyünü bildirib. Hər il ölkə başçısı tərəfindən imzalanan “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” və digər bu qəbildən olan Sərəncamlar göstərilən diqqətin bariz nümunəsi olaraq səciyyələndirib.

Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq, respublikamızda, o cümlədən Qaradağ rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirərək, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.