İcra başçısı səyyar qəbul keçirib

İcra başçısı səyyar qəbul keçirib
Oxunma sayı: 2760

Avqustun 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Zövlə kəndində keçirib.

"Qafqazinfo" xəbər verir ki, hüquq-mühafizə orqanları və əlaqədar xidmət sahələri rəhbərlərinin iştirak etdikləri görüşdə kənd sakinləri respublikada həyata keçirilən daxili və xarici siyasətdən, sosial-iqtisadi islahatlardan məmnun qaldıqlarını vurğulayaraq, kəndara yollarının asfaltlaşdırılması, evlərə mavi yanacağın verilməsi, elektrik təsərrüfatındakı yenidənqurma işlərinə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar. Məlumat verilib ki, cari ildə Zövlə kəndində 10 hektarda tərəvəz və bostan bitkilərinin əkini keçirilib. Şəxsi təsərrüfatlarda 3500 baş iribuynuzlu və 285 baş xırdabuynuzlu mal-qara, o cümlədən 5 mindən çox ev quşu və 45 arı ailəsi bəslənilir. Kənddə həmçinin cari ildə ilk dəfə olaraq 135 kq barama tədarük olunub.

Çıxışlarında kənd sakinləri İcra başçısından kənd məktəbi üçün yeni məktəb binasının tikilməsi və yeni elektron ATS-in quraşdırılması məsələlərində köməklik göstərilməsini xahiş ediblər. Bütün müraciətləri həssaslıqla dinləyən T.Qaraşov hər bir təklifin araşdırılacağını və zəruri tədbirlərin görüləcəyini bildirib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi