İcra başçısı “Son zəng”də - Fotolar

icra-bascisi-son-zengde
Oxunma sayı: 4441

Gəncənin 46 tam orta məktəbinin 2337, Xarici Dillər və Futbol Təmayüllü gimnaziyalarının isə 54 şagirdi üçün “son zəng” çalınıb.

"Qafqazinfo" xəbər verir ki, məktəblilərin "Son zəng" mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil İdarəsinin nümayəndələri, millət vəkilləri, həmçinin Gəncədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektor və prorektorları iştirak ediblər.

M.M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri ilə görüşən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, onlara gələcək həyatlarında uğurlar arzu edib. Məzunlara vətəni, milləti sevməyi, dövlət və dövlətçilik ənənələrinə sadiq fərd olaraq yetişmələrini tövsiyə edib.  

Qonaqlar və məktəbin müəllimləri də çıxış edərək məzunlara xoş arzularını çatdırıblar. Aşağı sinif şagirdləri isə məzunları maraqlı rəqslərlə təbrik ediblər.

Tədbirin yekununda isə şagirdlərin 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.