İcra başçısı tibb işçiləri ilə görüşdü - Foto

icra-bascisi-tibb-iscileri-ile-gorusdu-foto
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, görüşdə iştirak edən icra başçısı Lütvəli Babayev 2012-ci ildə rayonda görülən işlərlə iştirakçıları tanış edib. L. Babayev bildirib ki, 2012-ci ildə rayonda bütün sahələrdə əsaslı irəliləyişə nail olunub. Ümumi Daxili Məhsul istehsalı 98 milyon manatdan çox olmuş, tikinti-quraşdırma işlərinə 36 milyon manat vəsait yönəldilib.

İcra başçısı onu da bildirib ki, 2012-ci ildə rayonun səhiyyə sahəsində də uğurlar qazanılıb: “Rayon əhalisinə 150 çarpayılıq 4 xəstəxana, 12 kənddə tibb məntəqəsi, poliklinika və Gigiyena və Epidemiologiya Mərkəzi tibbi xidmət göstərib. Tibb müəssisələrində 64 nəfər həkim, 270 nəfər tibb işçisi çalışıb. Ötən il doğulanların sayı 736 nəfər olub. 10 nəfər həkim, 82 nəfər tibb işçisi ixtisasartırma kurslarından keçib, 14 nəfər həkim sertifikasiya imtahanı verib. 2012-ci ilin may ayında görkəmli oftalmoloq alim, professor Çingiz Cərullazadənin rəhbərlik etdiyi “Ofko” tibb mərkəzinin həkim briqadası Rayon Mərkəzi Xəstəxanasında 200 xəstəni müayinə, 30 nəfər xəstəni, o cümlədən 4 nəfər şəhid ailəsinin üzvünü pulsuz cərrahi əməliyyat etdirib. Ötən ilin may-iyun aylarında M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən əslən Zərdabdan olan akademik Böyükkişi Ağayevin rəhbərliyi ilə həkim briqadası rayonda olub 500 nəfər xəstəni pulsuz müayinə, 5 nəfər xəstəni cərrahi əməliyyat ediblər. Həmin mərkəzin ümumi cərrah həkimi Teymur Əllərov il ərzində hər həftənin cümə və şənbə günləri xəstəxanada olub, 47 xəstəni cərrahi əməliyyat edib. 2012-ci il ərzində rayonda 2 dəfə qanvermə aksiyası keçirilib. İl ərzində Şəftəhal kəndində tibb məntəqəsi, Çallı kəndində doğum palatası istifadəyə verilib. Bıçaqçı kənd həkim məntəqəsində cari təmir işləri aparılıb”.

Görüşdə iştirak edənlər son vaxtlar İsmayıllı rayonunda baş verən hadisələrin məhz həmin hadisələrin təşkilatçısı olan bir qrup radikal müxalifətçilər tərəfindən siyasiləşdirilməsini qətiyyətlə pisləyib, respublikamızdakı ictimai-siyasi sabitlikdən, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını qeyd ediblər.