İcra başçısı uşaqlarla yumurta döyüşdü - Fotolar

icra-bascisi-usaqlarla-yumurta-doyusdu
Oxunma sayı: 2411

Nərimanov rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə metronun Nəriman Nərimanov stansiyasının çıxışında yerləşən parkda Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

İdmançılar müxtəlif idman növləri üzrə çevik hərəkətlərlə öz məharətlərini nümayiş etdiriblər.

Rayon İcra Hakimiyyəti rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirində iştirak ediblər.